Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsi

January 22nd, 2013|

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər

1.1. Bu Məcəllə ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və məqsədli inkişafından yaranan münasibətləri tənzimləyir.

1.2. Ticarət gəmiçiliyindən yaranan münasibətlər bu Məcəllə, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və onların əsasında qəbul edilən normativ hüquqi aktlar ilə tənzimlənir.
[…]

XÜSUSİ TƏYİNATLI GƏMİLƏR ÜÇÜN Təhlükəsizlik Kodu, XTG Kodu 2008

January 18th, 2013|

Preambula

1. Dəniz Təhlükəsizlik Komitəsi özünün səksən dördüncü sessiyasında A.534(13) saylı Qətnamə ilə qəbul edilmiş XTG Məcəlləsinə düzəlişlər edərək, onu SOLAS-a edilmiş düzəlişlərə uyğunlaşdırdı və SOLAS-ın tətbiqetmə tələbləri ilə əhatə olunub-olunmamağından asılı olmayaraq təlim gəmilərini düzəliş edilmiş Məcəlləyə könüllü olaraq daxil etdi.

2. Bu Məcəllənin yaradılmasının məqsədi yeni konstruksiyalı xüsusi təyinatlı gəmilər üçün beynəlxalq standartların tətbiq edilməsidir. Məcəllənin tətbiqi bu cür gəmilərin istismarını asanlaşdıracaq və “Dənizdə İnsan Həyatının Mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın (SOLAS) tələblərinə uyğun olaraq gəmilər və onların heyəti üçün əmniyyətliliyi ilə nəticələnəcəkdir.

3. Bu Məcəllənin məqsədi, xüsusi təyinatlı gəmi 12 nəfərdən çox xüsusi heyət üzvünü daşıyan, ümumi tutumu 500 tondan az olmayan gəmidir. Belə xüsusi heyət üzvləri gəminin xüsusi əməliyyat zamanı vəzifələr üçün tələb olunan, gəmidə adi naviqasiya, mühəndislik və texniki xidmətləri üçün nəzərdə tutulan` heyət üzvlərindən əlavə olaraq daşınan və ya göyərtədəki insanlara xidmət göstərmək üçün cəlb olunmuş şəxslərdir.

[…]

Bunker Yanacaği İlə Çirklənmə Nəticəsində Vurulan Ziyana Görə Mülki Məsuliyyət Haqqinda Beynəlxalq Konvensiya 2001

January 16th, 2013|

BUNKER YANACAĞI İLƏ ÇİRKLƏNMƏ NƏTİCƏSİNDƏ VURULAN ZİYANA GÖRƏ MÜLKİ MƏSULİYYƏT HAQQINDA BEYNƏLXALQ KONVENSİYA
2001
 Bu Konvensiyanın tərəfi olan dövlətlər:

 Birləşmiş Millətlər Təşkilatının dəniz mühitinin çirklənməsinin qarşısının alınması, azaldılması və nəzarətdə saxlanması üçün Dövlətlərin bütün zəruri tədbirləri görməsi nəzərdə tutulan 1982-ci il tarixli Dəniz Hüququ haqqında Konvensiyasının 194-cü maddəsini NƏZƏRƏ ALARAQ,

[…]

Qərar 27 – İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları

January 3rd, 2013|

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmişdir.
İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları
Bu Qaydalar «Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrası olaraq, […]

Nazirlər Kabinetinin 27 saylı qərarı

January 2nd, 2013|

Azərbaycan Respublikasının Nazirlər Kabineti
İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında
Qərar № 27
Bakı şəhəri, 28 fevral 2000-ci il

«Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrasını təmin […]

Azərbaycanda Biznes Mühitin Təkmilləşdirilməsi Layihəsi

January 2nd, 2013|

Layihə Haqqında

Layihə Azərbaycanda əsas tənzimləyici maneələri aradan qaldırmaqla kiçik və orta müəssisələr (KOM) üçün biznes mühitinin yaxşılaşdırılımasına çalışır.

Layihə Isveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və öz partnyorları adından BP şirkəti tərəfindən maliyyələşdirilir. Layihənin dəyəri 4.5 mln.ABŞ dolları, müddəti 5 ildir. – ifc.org/azbee

Layihənin əsas məqsədləri:

KOM-lar üçün aşağıdakı sahələri səmərələşdirərək və sadələşdirərək sahibkarlıq fəaliyyətinə […]

Yeni Radiotezlik almaq üçün

December 28th, 2012|

Radiotezliklər üzrə Dövlət Komissiyasının (RTDK) Katibliyinə aşağıdakı sənədlər təqdim olunmalıdır.

Azərbaycan Respublikası Baş Nazirin müavini, Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri cənab Abid Şərifovun adına tezlik nominallarının istifadəsi ilə bağlı müraciət.
Şirkətin Şəhadətnaməsinin surəti. (Fiziki şəxslər VÖEN təqdim etməlidir)
Şirkətin Nizamnaməsinin surəti.
Rabitənin planı.(nümunəyə əsasən və “google map” xəritəsində koordinatları göstərilməklə)
İstifadə olunacaq avadanlıqların texniki göstəriciləri.
(avadanlığın pasport göstəriciləri və ya […]